Şərtlər
“Xalq kompüteri”layihəsi
çərçivəsində Respublikanın ümumtəhsil məktəblərinin müəllimləri və şagirdləri,
Ali məktəb müəllimləri və tələbələri iştirak edə bilərlər. Hər müəllim, şagird
və ya tələbə layihə çərçivəsində yalnız bir növ kompüter əldə edə bilər.
1) Layihə müqaviləsinin surəti çap edilir (aşağıdan yükləmək olar);
2) Müqavilə müəllim və ya tələbə/şagirdin valideyni tərəfindən doldurularaq
imzalanır və məktəbin direktoru tərəfindən təsdiq edilir; (tələbə və ya şagird
alırsa, valideynin iş yerindən arayış olmalıdır)
3) Təsdiq edilmiş müqavilə orta məktəb müəllimləri üçün Təhsil Nazirliyinin
Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsinə və digərləri üçün Bestcomp
Group şirkətinin baş ofisinə göndərilir.
Müqavilə yoxlanıldıqdan sonra "Satıcı" (BestComp Group şirkəti) tərəfindən
təsdiq edilir. Bundan sonra müqavilənin bir nüsxəsi və sifariş edilmiş kompüter
"Alıcı"nın ünvanına (müəllimin işlədiyi məktəbə və ya tələbə və ya şagirdin
valideyninin qeyd etdiyi ünvana) poçt vasitəsilə çatdırılır.
"Alıcı" müqavilə ilə birlikdə ən yaxın poçt şöbəsinə müraciət edərək, müvafiq
hesaba hər ay müqavilədə qeyd olunan məbləği ödəyir.
Diqqət! Müqavilə ilə birlikdə Şəxsiyyət vəsiqəsinin surətini də göndərin.
Müqavilələrin 3-cü, 9-cu və 10-cu səhifələrindəki "Müştərinin İmzası" bölməsində
Müştərinin imzası mütləq olmalıdır.

