Xəbərlər
Azerfon-Vodafone “Xalq Kompüteri” layihəsinə qoşuldu.
4 fevral 2011
2011-ci ildə Azerfon-Vodafone “Xalq Kompüteri” layihəsinin rəsmi İnternet provayderi olduğunu elan etdi. Azərbaycanda 3G xidmətini təqdim edən ilk mobil operator Azerfon-Vodafone yüksək sürətli İnternet xidmətlərini “Xalq Kompüteri” layihəsi çərçivəsində müəllimlərə, tələbələrə və məktəb şagirdlərinə təqdim etdi. “Xalq Kompteri” layihəsi çərçivəsində Azerfon-Vodafone xüsusi 500MB-lik “Əlaçı-1” və 10 GB-lıq “Əlaçı – 67” İnternet paketlərini hazırlamışdır. “Əlaçı-1” İnternet paketinə Azerfon-Vodafone modemi, birinci ay 500MB pulsuz İnternet trafiki daxildir. “Əlaçı 1” paketindən istifadə etmək üçün abunəçilər Azerfon-Vodafone modemini 1 il ərzində hər ay 3.33 AZN ödəməklə əldə edəcəklər. Paketə daxil olan 500MB İnternet traffikin qiyməti cəmi 1 AZN təşkil edir.
"Xalq Kompüteri" Lahiyəsi - “Təhsildə İKT-nin tətbiqi – bilik, təcrübə, texnologiya” adlı baxış-sərgisində təmsil olunub.
30 yanvar 2011
Yanvarın 28-də Bakı şəhər Əl Oyunları İdman Sarayında “Təhsildə İKT-nin tətbiqi – bilik, təcrübə, texnologiya” adlı baxış-sərgi keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi tədbirin keçirilməsində əsas məqsəd paytaxt məktəblərində elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaqdır.
Azərbaycan müəllimləri və orta məktəb şagirdləri “Xalq Kompüteri” layihəsi çərçivəsində bir il yarım ərzində 10 000 kompüterə sahib olmuşdurlar.
28 dekabr 2010
Sumqayıt orta məktəbinin müəllimi “Xalq Kompüteri” layihəsinin tərəfdaşlarından hədiyyə olaraq HP noutbuku əldə etmişdir Bakı, 24 dekabr 2010-cu il – Ötən həftə Azərbaycanda həyata keçirilən “Xalq Kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 10 000-ə çatmışdır. HP ProBook 4510s notbukunun sahibi Sumqayıt şəhər sakini, 27 saylı orta ümumtəhsil məktəbinin müəlliməsi Xalidə İsgəndərova olmuşdur. Layihənin tərəfdaşları 10 000-ci kompüteri hədiyyə olaraq vermək qərarına gəlmişlər.







